Çılpaq qızların videosu ilə bağlı icra başçısının övladlarının adı hallanır – Açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 9
    Shares

“Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”.

Bu sözləri “Qafqazinfo”ya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyib. O, bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı M. Mirzəli tərəfindən Y0utube-da yerləşdirilmiş video başdan-başa uydurma və cəfəngiyatdır.

İcra başçısı eyni zamanda qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: “Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər M. Mirzəli Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Related Articles

050-295-94-79
top