Tanınmış iqtisadçı «Azərcell»in daha bir fırıldağını ifşa etdi – İTTİHAM

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Teref.az olaraq yazırıq ki,tanınmış iqtisadçı Əli Əhmədovun “Azercell”-in yeni fırıldağı ilə bağlı araşdırmasını oxuculara təqdim edirik.Əli Əhəmdov yazır: ,
«Azərcell»in yeni fırıldağını tapmışıq 
Deməli bunların MiFi aparatı var. İnterneti kəsilib, yeni pul yükləmişik. İki günə bitib. Operatora zəng edib soruşuruq ki, internet nə səbəbə yoxdur. Deyir, 90 gün ərzində ödəniş etməyəndə paketin yenilənməsi dayandırılır. Nəticədə bizim ödədiyimiz pul (hansı ki, aylıq 30 QB-a kifayət edirdi) paket kimi deyil, adi internet traffik kimi sərf olunub və cəmi iki günə bitib.
Fərqi izah edim – əgər bu pulla paket alınsaydı 30 QB almaş olacaqdıq, belə isə hər MB-a 40 qəpikdən hesablayıb tutublar. 
Paket internet alınanda isə 20 manata 30 QB işlənir. 1 MQ başa gəlir 0,07 qəpiyə. Belədə isə bizdən hər qəpiyə 40 qəpikdən hesabalayıblar. Təqribən 570 dəfə baha!
Deyirik bu barədə niyə məlumat verməmisiniz, deyir belə sms-i MiFi-dəki nömrəyə göndərmişik. O sms-i də oxumaq üçün ya xüsusi proqram yükləməlisiniz, ya da nömrəni (MiFi-dəki nömrəni) telefona daxil edib baxmalısınız. Daha sonra teref.az iqtisadçıya istinadən yazır ki, deməli biz hər dəfə bu aparatın içərisindən simkartı çıxarıb telefona daxil etməliyik ki, bilək ki, Azercell bizə sms göndərib ya yox.
Deyirik, nömrəni alan şəxs, sizə kontaktlarını saxlayıb, bu sms-i ona niyə göndərməmisiniz? Deyir, belə sms-ləri MiFi-dək nömrəyə göndəririk. Bəs nömrəni satan şəxsin kontaktları nə səbəbə götürülür, deyir basqa problemler olanda o nomrə ilə əlaqe saxlayiriq. Mobil operatorların çox fırıldaqlarını görmüşdük, amma bu yenisidir deyesen.
Hələ bir operatorun danisigi, elə bir yekəxanaliqla danisir, elə bil zenglərə cavab vermeyə gorə maasi o yox, biz aliriq.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Related Articles

050-295-94-79
top