CEYHUN BAYRAMOV MİKAYIL CABBAROVUN İŞDƏN ÇIXARDIĞI ŞƏXSƏ QUCAQ AÇDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Vergilər naziri Mikayıl Cabbarov təhsil naziri olduğu vaxt Bakı Şəhə Təhsil İdarəsində təczihat idarəsinin rəisi olan Mirsahib Bayramovu işdən çıxarsa da, yeni təhsil naziri Ceyhun Bayramov M.Bayramovu “taclandırıb”.

Daxil olan məlumata görə, Mirsahib Bayramov Bakı Şəhər Təhsil İdarəsində təczihat idarəsinin rəisi vəzifəsindən çıxandan sonra tikinti idarələrinin birində işə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov isə Bakıda və respublikanın bölgələrində məktəblərin təchizatı və təmiri işlərini məhz ona həvalə edib.

Maraqlı sual yaranır: Mirsahib Bayramov yararlı kadr idisə, Mikayıl Cabbarov onu niyə çıxarmışdı, yaxud Ceyhun Bayramov təhsil ocaqlarının təczihatı və təmiri kimi vacib işləri sələfinin işdən çıxardığı şəxsə niyə həvalə edir?

Əldə etdiyimiz məlumata görə, Mikayıl Cabbarovun M.Bayramovu işdən çıxarmasına səbəb onun işində yararsız olması, təhsil ocaqlarının təchizatının bərbad vəziyyətə salınması olub. Hətta M.Bayramovun fəaliyyətində ciddi nöqsanlar da aşkarlanıb və Mikayıl Cabbarov onun işinə məhz bu nöqsanlara görə son verib.

Lakin Ceyhun Bayramov nazir təyin olunandan sonra məktəblərin təczihatı və təmiri işini vaxtilə təhsil ocaqlarını bərbad gününə qoymuş bu şəxsə həvalə edir. Ceyhun Bayramov bununla Mikayıl Cabbarovdan qisas alır? Əgər bu qisasdırsa, o zaman təhsilin taleyi necə olacaq?! Bu gün Bakıda və bölgələrdə təhsil ocaqlarının təczihatında ciddi problemlər var, sinif otaqları yararsız vəziyyətdədir, hətta elektron lövhələrin quraşdırılması hər sinif üçün nəzərdə tutulsa da, hər məktəbə bir, yaxud iki elektron lövhə verilir, rəsmi sənədlərdə isə hər sinifə verildiyi qeyd olunur. Bu haqda ciddi faktlar var.

Bizə danışan mənbə onu da qeyd edir ki, Mirsahib Bayramov hər yerdə Mikayıl Cabbarovun əleyhinə danışır. Maraqlıdır, bu gün o Ceyhun Bayramovun ətəyində niyə namaz qılır, yaxud təhsil naziri qisas almaqla məşğuldur, yoxsa təhsilin inkişafı ilə?!

Mirsahib Bayramovun təhsil ocaqlarının təczihatı və təmiri üçün ayrılan vəsaitləri mənimsəməsi ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

AzToday.az

Related Articles

050-295-94-79
top