BAKININ MƏŞHUR ŞADLIQ SARAYINDA KEÇİRİLƏN TOY ZAMANI BAHALI TELEFONLAR OĞURLANDI — OĞURLUQ ANININ GÖRÜNTÜLƏRİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının məşhur “Xari Bulbul” şadlıq sarayında keçirilən toy mərasimi zamanı oğurluq hadisəsi baş verib. 
Demokrat.az-ın əldə tediyi məlumata görə, sözügedən şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqlardan 2 nəfərin bahalı telefonları – “LG X screen” və “Xiaomi Mi A2” model mobil telefonlar oğurlanıb. 
Oğurluq anı toy mərasimini zalındakı kameraya da düşüb. Oğurluq edən şəxsin şadlıq sarayının ofsiantı olduğu ehtimal edilir. 
Zərərçəkmişlər oğurluq hadisəsilə əlaqədar polisə və şadlıq sarayının rəhbərliyinə şikayət etsələr də, ortada oğrunun görüntüsünün olmasına baxmayaraq, hələ də tapılmayıb. 
Zərərçəkmişlər deyir ki, bu il martın 12-də baş verən oğurluq anının görüntüləri polisə də təqdim edilib. 

Həmin görüntüləri təqdim edirik:

Demokrat.az

Related Articles

050-295-94-79
top