DİQQƏTLİ OLUN! “Araz” marketdən şok faktlar – MARKET MÜŞTƏRİLƏRİN CİBİNƏ GİRİR, FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“”Veysəloğlu” Şirkətinə daxil olan “Araz” market vətəndaşların cibindən belə oğurluq edir. “Araz” marketdən heç nə almayın”.

“Posta.az” xəbər verir ki, bunlar sosial şəbəkədə çoxminli izləyicisi olan səhifə tərəfindən paylaşılıb. Yayılan məlumatda qəbzlərin fotoşəkli öz əksini tapıb. Məlumatda qeyd olunur ki, “Gillette” vitrində 60 qəpik göstərilir, amma kassada 69 qəpik vurur, “Səba” toyuğu 1.120 qram olsa da, kassada 1.978 qramdan hesablanır, “Korovka” şokolad vitrində 1.32 qəpik olsa da, kassada 1.51 qəpikdən hesablanıb.

Məsələ ilə bağlı bizimyol.info -ya açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova bildirib ki, yayılan bu məlumat qərəzlidir və köhnə, vaxtilə araşdırılaraq aydınlıq gətirilən məlumatları paylaşaraq çaşqınlıq yaratmağa çalışırlar: “Arzu edərdim ki, qərəzli deyil daha real olaraq, nöqsanlarımızı göstərsinlər. Biz səhvlərimizdən dərs çıxarmağı bacarırıq. Paylaşımdakı qəbzlərin tarixinə baxsaq görərik ki, 3-4 il bundan öncəki qəbzlərdir. Həmin zamanlarda da buna aydınlıq gətirilib, məsələ ciddi şəkildə araşdırılıb.

İlk öncə onu qeyd edim ki, müştərilərimiz bu kimi yaşanan hallarla bağlı dərhal bizim qaynar xəttlərimizə müraciət edə bilərlər, biz isə öz növbəmizdə müştərinin həmin məhsulu göstərilən ən ucuz qiymətə əldə etməsinə yardımçı olarıq.

Qiymət fərqinin olması ilə bağlı onu qeyd etmək istərdim ki, marketlərimizdə gündəlik, aylıq, vaxtaşırı endirim kampaniyaları olur, qiymətlər endirilir. Sonradan qiymət əvvəlki vəziyyətə qaldırılan zaman həmin məhsulların üzərindəki qiymətlərin də ona uyğun yapışdırılması bəzən gecikir, bəzən diqqətdən yayınır. Çünki bu texnika ilə idarə olunmur ki, dərhal bir komanda ilə hamısı dəyişsin. Bunu da işçilər edirlər, bəzən gecikmələr olur. O zaman da vitrindəki məhsulun qiyməti ilə kompyuterdəki qiymətlər fərqlənir.

Müştərilərimizin hüquqları ilə bağlı mağazalarımızda, eləcə də saytımızda xüsusi müddəa da var. Orada qeyd edilir ki, əgər müştəri vitrindəki qiymətlə kassada vurulan qiymət arasında fərq aşkarlayarsa o zaman həmin məhsul müştəriyə qeyd olunan ən ucuz qiymətə satılmalıdır. Müştərilərimiz də belə halla qarşılaşan zaman dərhal müraciət edə bilərlər.

Əgər bu kimi qərəzli məlumatlar davamlı şəkildə paylaşılarsa biz hüquqi addımlar atmaq haqqında düşünəcəyik”.

Related Articles

050-295-94-79
top