Azərbaycanda yük maşınlarının yolda “ölüm şousu” – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları təhlükəli şou göstəriblər. 

Balkupost.az-a göndərilən videoda görünür ki, yük maşınlarının sürücüləri yolda hərəkət edən minik maşınındakı şəxslərin həyatını təhlükəyə atmaqla bərabər, digər maşınların da hərəkətinə maneə yaradırlar. 

Görüntülərdən belə aydın olur ki, minik maşını ard-arda hərəkət edən yük maşınlarından yol istəyir. Lakin yük maşını sürücüləri ona yol verməkdən imtina edirlər. Bu da yetməzmiş kimi, yüksək sürətli yolda minik maşınına yol verməmək üçün sürücünü müxtəlif manevrlərlə sıxışdırır, onun və maşındakı başqa şəxslərin həyatını təhlükəyə atırlar. 

Qeyd edək ki, yük maşınlarından birinin dövlət nömrə nişanı 90-LO-181-dir. 


Related Articles

050-295-94-79
top