“Azəriqaz”-ın saxta cərimələri ifşa olundu

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu sizə təqdim edirik:
Hörmətli redaksiya “Azriqaz”-ın başımıza gətirdiyi dələduzluqdan sizə xəbər vermək istəyirəm. Qoy xalqda bilsin.
Bu da yeni bir fırıldaqdır deyəsən. 01.10.2018-ci ildə qaz sayğacımızın lentinin fırlnanda səs etdiyini gördüm. Qaz idarəsinə zəng edərək onlara bu haqda xəbər verdim.Söz verdilər ki gəlib baxacaqlar.Hıəqiqətəndə səhər 2 nəfər gəldi. Sayqaca baxdılar və onun xarab olduğunu dedilər. Zatən 10 ildən çoxdur ki, bu sayqac bizdə işləyirdi. Sağ olsunlar, axşam gətirib yeni smart kart sayqacı qoydulıar. Onu da deyim ki, xarab olan mexaniki sayqac idi və lenti fırlananda taqqıldayırdı. Yanımda sayqaca baxışda keçirtdilər və hər şeyin normal olduğunu dedilər. Və sayqacı dəyişdirdikləri haqda akt yazdılar və köhnə sayqacı götürüb getdilər. Beləcə biz yeni sayqacla təmin olunduq. 

01.10.2018-ci ildə qaz sayğacımızın dəyişdirildiyi haqda akt.
Lakin 2019-cu ilin fevral ayının axırlarında oğlum “ASAN” xidmətdən arayış almaq üçün gedəndə, ona dedilər ki, sizin qaz sayğacına müdaxilə etdiyiniz üçün 500 manatdan yuxarı cəriməniz var. Doğrusu çox təəcübləndik və səhər “Azəriqaz”-a müraciət etdik. Orda cavan bir oğlan bizi qəbul edib bizim həqiqətən cərimə olunduğumuzu təsdiqlədi və tələbimizlə aktı bizə təqdim etdi. 
Ən təəcüblüsü isə onda idi ki, akta görə “Azəriqaz” bizi 28.12.2018 ildə 456 manat cərimələyib. Lakin bu haqda bizim xəbərimiz olmayıb.Akt-a inansaq güya sayqaca müdaxilə etmişik. Tamam olsun. Lakin niyə bu akt gizli saxlanılıb? 

28.12.2018 gizlincə tərtib edilmiş akt
Niyə bu aktın 1 surəti bizə təqdim edilməyib?
Niyə sayqacımızla bağlı labarator analizlərin cavabından bizim xəbərimiz olmayıb?
Beləcə bu niyələri çox vermək olar. Lakin bilən adamlar deyirlər ki, bu “Azəriqaz”-ın rayonlarda həyata keçirdiyi “borc oyunu”-dur. Sizin xəbəriniz olmadan sizə saxta cərimə yazılır və yenə sizin xəbəriniz olmadan yavaş yavaş sizin balansınızdan bu məbləğ çıxılır.
Beləliklə yenədə vətəndaşın başına oyunlar açırlar.Axı çox adam sayqaca müəyyən məbləğdə pul qoyur, lakin bu məbləğə nə qədər qaz aldığına fikir vermir. Əgər aktı müştəriyə versə, müştəri özünün haqlı olduğunu bildiyi üçün hay küy salacaq, məhkəməyə müraciət edəcək. 
Xahiş edirəm bu şikəytimi dərc edin ki, hamı bilsin və ehtiyatlı olsun.”Azəriqaz” –ın bu fırıldağına hazır olsunlar.
Deyəsən ilin axırında məsul şəxslər kəsiri belə saxta cərimələrlə bağlayırlar.
Biz isə onlarla məhkəmədə görüşəcəyik!
İsamyılova Sevda.
ünvan- Salyan yolu 133.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Related Articles

050-295-94-79
top