“Aydınla 2 gün danışmadıq, olanlar oldu” – Mehman Əhmədli

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ölümündən 3-4 gün qabaq görüşmüşdüm. Bir müddətdir xəstə idi. Amma kim bilirdi ki, rəhmətə gedəcək? Fikirləşirdik ki, sağalacaq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında dünən həyatını itirən meyxanaçı Aydın Xırdalanlının həmkarı Mehman Əhmədli deyib. O, mərhumla bir neçə gün əvvəl görüşdüyünü deyib:
“Bacardığımız qədər dostluğumuzu göstərirdik. Birdən-birə belə olmağı bizi kədərləndirdi. Aydınla ikicə gün telefonla danışmadıq, olanlar oldu. Sən demə, xəstə imiş. Hamımız sənətkarıq və bir sənətə qulluq edirik. Hər kəsin öz yolu var. Adam var içki içir, adam da var ki, içmir, ibadət edir. Əsas odur ki, həyatda yaxşı insan olasan. Aydın da çox gözəl insan idi. Heç kimlə düşmənçilik aparmırdı. İncik olurdusa, kənara çəkilirdi. Onun ölümü meyxana sənətinə böyük zərbə oldu”.

Related Articles

050-295-94-79
top