ŞOK HADİSƏ: Akkumulyator bomba kimi partladı – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Avtomobildən çıxarılan akkumulyator partlayaraq bu vəziyyətə düşüb. Hadisə İsmayıllı rayonunda baş verib. Rayon sakini Ağanəzər Asvarov deyir ki, akumliyatoru bir avtomobildən çıxarıb, digərinə qoymaq istəyib. Bu zaman gözləmədiyi bir hadisə ilə qarşılaşıb. Akkumulyator möhkəm partlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Avtomobil sahibi akkumulyatorun saxta olduğundan şübhələnir. Bu məsələ bir daha saxta akkumulyatorların satışda ola biləcəyini gündəmdə gətirir. Avtomobil ustası Sahil Ağabəyli deyir ki, hazırda bazarda müxtəlif adda akkumulyatorlar satılır. onların içərisində keyfiyyətsizləri də var. ola bilsin ki, partlayan akkumulyator original olmayıb. Usta sürücüləri diqqətli olmağa səsləyir.

Sahil Ağabəyli sürücülərin özlərinin akkumulyatorları dəyişdirməsini də tövsiyyə etmir. Bildirir ki, akkumulyatorlar elektriklər tərəfindən dəyişdirilməlidir. Çünki ani yanlışlıq böyük faciələrin yaşanmasına səbəb ola bilər.



Related Articles

050-295-94-79
top