Emma Bakının məşhur restoranında zəhərləndi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Elmira (Emma) Ələkbərzadə zəhərlənib. 

BiG.AZ-ın məlumatına görə, sənətçi bu haqda özü xəbər yayıb. O bildirib ki, Bakıda getdiyi Bayıl ərazisində yerləşən “Riviera” restoranında zəhərlənib. Sənətçi yediyi salatdan sonra halının pisləşdiyini bildirib:

“Bayılda “Riviera” restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.

İfaçı izləyicilərinə bir daha həmin restorana getməmələrini deyib. Emma bayramdan sonra məkana gedib, şikayət edəcəyini söyləyib.

Related Articles

050-295-94-79
top