Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 Milyon Cərimələdi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirilib. 

Demokrat.az xəbər verir ki, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.

Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını satış məqsədilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna iki milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.

Related Articles

050-295-94-79
top