Azərbaycanda belə bərbad məktəb var – Təhsil nazirinə ağır ittihamlar + FOTO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Təhsil eksperti Kamran Əsədov Neftçala rayonunda yerləşən uçub-tökülmüş orta məktəbin fotosunu paylaşıb və oranı Suriyaya bənzədib. BakuPost xəbər verir ki, cəmiyyətimizə minlərlə ziyalı bəxş edən həmin orta məktəbin təmir edilməməsi üçün Təhsil Nazirliyini qınayıb:

“Yox, bu Suriya deyil. Bura Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbidir. Mənim məzunu olduğum, minlərlə yüksək səviyyədə şagird hazırlayan və ötən il olimpiada qalibi yetişdirən məktəb.

O qonaqlıqlara, media turlara sərf etdiyiniz, ödədiyiniz pulun bir qismini versəz, bu məktəbi yüksək səviyyədə təmir etmək olar.

Qonaqlıq təşkil edib hesab ödəmək fəaliyyət deyil, o pula belə məktəbləri təmir etmək fəaliyyətdir”.
Qeyd: Ekspertin dediyinə görə yağış yağanda məktəbin damı damdığı üçün məktəbin dam örtüyünü kənd əhalisi öz hesabına dəyişib.
Teref.az

Related Articles

050-295-94-79
top