Aşıq Ulduz iş adamı olan kürəkəninin sərvətindən danışdı: “Bakıda, İstanbulda evi…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Aşıq Ulduz Sönməz bir neçə gün öncə xınayaxdısı olan qızı Sədaqət Ulduzdan və iş adamı olan gələcək kürəkənindən danışıb.
AYDINLIQ.AZ Lent.az-a istinadla xəbər verir ki, aşıq bildirib ki, kürəkəninin Bakıda və İstanbulda evi var:
“Kürəkənim çox yaxşı insandır. Fotosunun mediada yer almasını istəmir. Onun həm Bakıda, həm də İstanbulda evi var. İstərdim ki, kürəkənim ailəcanlı olsun. İlk öncə onun insanlığını qiymətləndirmək lazımdır. Qızımın ailəsində səmimiyyətin olmasını istərdim. Dünyada ondan gözəl nə ola bilər? Dünyanın varı-dövləti səmimiyyətdir. Çörəyi, var-dövləti, övladları da bizə verən Allahdır. Qızımın sadəcə xoşbəxt olmasını arzu edirəm”.
Aşıq onu da əlavə edib ki, qızının cehizlərini Azərbaycandan almayacaq: “Qızımın cehizlərini İstanbuldan alacağıq. Azərbaycandan gedən ən qiymətli cehiz qızımdır. Bundan böyük xoşbəxtlik ola bilər?
Qeyd edək ki, aşığın qızının toyu yaxın günlərdə İstanbulda olacaq.

Related Articles

050-295-94-79
top