VƏFADAR HƏSƏNOV NİYƏ NARAHAT OLUB?- DEMET AKALINA VERİL(MƏY)ƏN QONORARIN İZİ İLƏ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyənin tanınmış müğənnisi Demet Akalının Bakıya gəlişi xeyli müzakirələrə səbəb olub. 

AFN sünnət toyunda iştirak etmək üçün gələn türkiyəli müğənnini Bakıya gətirənin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli olması haqda məlumat yazdıqdan sonra məsələ daha da böyüyüb. Belə ki, bu gün bir sıra KİV-lərdə özünü “Böyük saray” restoranında baş tutan məclisin sahibi kimi təqdim edən iş adamı Vəfadar Həsənova istinadən mövqe yazısı dərc edilib. Maraqlıdır ki, yazının AFN-də dərc edilməsinə baxmayaraq, adıçəkilən şəxs başqa redaksiyalara zəng edərək öz mövqeyini bildirib. 20 ildən artıqdır Türkiyədə yaşayıb işlədiyini deyən V.Həsənov bildirib ki, D.Akalın onun oğlunun sünnət toyuna gəlib: “Biz Demet Akalın ilə uzun illərdir ki, ailəvi dostuq. Demet xanım özü hədiyyə olaraq toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm”.
Xatırladaq ki, adıçəkilən müğənninin sünnət toyunda oxuması üçün ona 200 min manat (120 min dollar) qonorar ödəndiyi bildirilir. Məclisdən döndükdən sonra xanım müğənni özünün sosial şəbəkələrdəki hesabında Gülü Şəmşirliyə təşəkkürünü bildirib. Redaksiyamızı məlumatlandıran mənbə isə bildirib ki, Gülü Şəmşirli Cavid Qurbanovun Abşeron Rayon Polis İdasərinin rəisi işləyən qardaşı Şəhriyar Şəmşirlinin qızıdır. “Şəhriyar Şəmşirli qızına nənəsi, Aşıq Şəmşirin həyat yoldaşı Gülü xanımın adını qoyub” – deyə mənbə qeyd edib.
Maraqlıdır ki, V.Həsənov açıqlamasında xanımının Şəhriyar Şəmşirlinin qızı olub-olmaması məsələsinə aydınlıq gətirməyib. O, sadəcə müğənniyə ödənən qonorarla bağlı açıqlama verərək D.Akalının məclisdə pulsuz oxuduğunu qeyd edib. Halbuki 20 ildir bizneslə məşğul olan bir adamın övladının toyuna gətirdiyi müğənniyə külli miqdarda qonorar ödəməsi heç bir qanun pozuntusu sayıla bilməz və məntiqlə bir iş adamı bu cür məlumatlardan narahat olmamalıdır.
Mövzunu diqqətdə saxlayacağıq. Xalqxeber.az

Related Articles

050-295-94-79
top