Baş həkimin işdən çıxardığı 5 qadına azərbaycanlı aparıcı pul göndərdi – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşının işdən qovulma xəbəri işıq sürəti ilə gündəmi zəbt edib.

Baş həkimin bu addımı ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Hər şey daxil”ə açıqlama edib:

“Hadisədən xəbərim var. Əgər müəssisədə işçi ilə rəhbər arasında hər hansı bir problem yaranırsa, biz hüquqi dövlətdə yaşayırıq. Əgər o xanım hesab edirsə ki, ona ərizəni məcburi yazdırıblar, işdən öz istəyi ilə çıxartmayıblar, Şəki şəhərində Şəki Rayon Məhkəməsi var. O, məhkəməyə müraciət edib, məhkəmənin qərarı ilə işinə qaytarıla bilər”.

Tolik efirdən işdən çıxarılan 5 qadının vəkil tutub məhkəmədə haqlarını tələb etməyə maddi imkanlarının çatmadığını nəzərə alaraq, qadınalara poçt vasitəsi ilə pul göndərəcəyini bildirib.

mənbə: milli.az

Related Articles

050-295-94-79
top