BAKIDA MÜƏLLİMDƏN 3-CÜ SİNİF ŞAGİRDİNƏ QARŞI UTANCVERİCİ HƏRƏKƏT: – “ŞOK YAŞADIM…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

20 nömrəli məktəb-liseyin müəllimi şagirdinə psixoloji zorakılıq etməkdə ittiham edilir.

Adının açıqlanmasını istəməyən valideyn özünün və övladının başına gələn hadisədən şok keçirdiyini dilə gətirib. Belə ki, hər şey təhsil ocağında ibtidai sinif şagirdlərinə dərs keçən müəllimə alınan hədiyyədən sonra yaşanıb.

“Mənim qızım 3-cü sinif şagirdidir. Şəhərin mərkəzində yenicə təmirdən çıxmış üstü bəzək məktəblərdən birində, daha dəqiq desəm 20 nömrəli məktəbdə təhsil alır. Bir çox valideynlər kimi mən də, hər bayramda kiçik-böyük, fikirləşmədən imkanımın daxilində onun sinif rəhbərinə hədiyyə verirəm. Müəllimlər Günündə, Yeni ildə və 8 Martda… Bu dəfə evdə körpə iki övladım olduğundan yoldaşımdan xahiş etdim ki, sinif rəhbəri üçün ailə büdcəmizə uyğun məbləğdə hədiyyə alsın. O, suvener qab, şokolat qutusu və məktub konvertinin içərisinə 20 azn pul qoyaraq bayram təbriki üçün Şəhla Məmmədovaya təqdim edib”.

Valideynin sözlərinə görə, müəllim hədiyyəni bəyənmədiyindən ona zəng vuraraq qəribnə tərzdə narazılığını bildirib:

“İstehza dolu bir səslə: “O göndərdiyiniz qutu açılmış olub və içərisində 2-3 ədəd şokolad vardı. Mən bunu heç xadiməmə də vermərəm…” – dedi. Çox pərt oldum, duruxub qaldım. Özüm ziyalı bir ailənin qızıyam. Həkim və müəllim ailəsində böyümüşəm. Özüm də ali təhsilliyəm. Mənim tərbiyəmə və həyat baxışıma görə, hədiyyə könül sevindirmək üçün olmalıdır. Müəllimdən üzr istədim. O isə bunun qarşılığında bildirdi ki, “göndərdiyin o qabı da sinifdə uşaqlara verdim, xonça düzəldəcəklər”. Hər zaman bahalı hədiyyə verirdik, baxmayaraq ki, maddi durumumuzda çətinlik var, amma indi də haradasa 50 AZN civarında bir bayram payı etmişdik”.

Şikayətçi deyir ki, müəllim həmçinin övladına psixoloji təsirə göstərib və sinif yoldaşları arasında gülüş obyektinə çevrilməsinə səbəb olub:

“Qızım söyləyir ki, sinifə o qabı göstərib, “filankəsin aldığı qabda xonça düzəldərik” deyib. Uşaqlar da övladıma baxaraq gülüblər. Burada gülməli nə var? Qızıma da psixoloji təsir olub. Həyatımın şoklarından biri oldu”.

Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxladıq. “Sizə 1 saat ərzində məlumat verəcəyik” deyildi, amma 2 saat keçməsinə rəğmən heç bir məlumat verilmədi. Hətta zənglərimizə cavab vermədilər.

Minval.info

Related Articles

050-295-94-79
top