“Bəlkə o işdən çıxarılan tibb bacısının ailəsi gözünü 150 manat maaşa dikmişdi?” – Şəbnəm – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən çıxarılıb.

Tibb bacıları və xadimələrin sözügedən videoya görə işdən çıxarılmasına müğənni Şəbnəm Tovuzlu da münasibət bildirib. O, baş həkimin bu qərarına etiraz edib:

“İşdən çıxarılan tibb bacılarından biri həmin xəstəxanada 40 il imiş ki işləyirmiş. Bir videoya görə 5 işçinin işdən azad edilməsi nə dərəcədə düzgündür? Bəlkə onların ailələri bu bayram ərəfəsində gözünü o 150-200 manat maaşa dikmişdi?”.

Related Articles

050-295-94-79
top