Şirvan milli parkında ov edən icra başçısı dava saldı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda bir çox məmurların ov həvəskarı olması ictimaiyyətə məlumadur. Belə məmurlardan biri də Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevdir.

Ov həvəskarı olan olan icra başçısı bu məsələyə görə bir neçə dəfə ölkə mətbuatının gündəminə də gəlib.

AzToday.az-a daxil olan məlumata görə, bu yaxınlarda Nərimanov icra başçısı ölkənin ən böyük qoruqlarından biri olan Şirvan milli parkında ov edərkən dava salıb. Abdin Fərzəliyevin ov edərkən yanında başqa bir icra başçısının da olduğu deyilir.

AzToday.az-a verilən məlumatda bildirilir ki, tez-tez Şirvan Milli Parkında görünən Abdin Fərzəliyevin bu dəfə ov dəstgahı qalmaqalla bitib. Belə ki, icra başçısının Qızılqaz gölü ətrafındakı ovuna təsadüfən Ekologiya Nazirliyinin müfəttişləri mane olublar. AzToday.az-a danışan mənbənin sözlərinə görə, Şirvan Mİlli Parkında qanunsuz ovla məşğul olanları tanımayan müfəttişlər Abdin Fərəliyevin özü ilə gətirdiyi sürücüyə yaxınlaşaraq sənədlərini təqdim etməyi tələb ediblər. Məhz bu zaman müfəttişlərin sənəd istəməsi məsələsinin üstünə gəlib çıxan Abdin Fərzəliyevin əsəbləşərək onları qovduğu deyilir.

Məsələyə Şirvan Milli Parkının direkoru Füzuli Məmmədovun qarışdığı və müfəttişlərin sonradan icra başçılarından üzr istədikləri də yayılan məlumatlar sırasındadır.

Məsələ ilə bağlı Abdin Fərzəliyevin və Füzuli Məmmədovun münasibətini öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Related Articles

050-295-94-79
top