BEYLƏQAN İCRA HAKİMİYYƏTİNDƏ İKİTİRƏLİK: – BAŞÇININ “TOXUNULMAZ” MÜAVİNİ MƏHƏMMƏD QƏLƏNDƏROVUN “OFŞOR SƏLAHİYYƏTLƏRİ”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxsin özünə yeni komanda formalaşdırması çoxdankı ənənədir desək, yanılmarıq. Doğrudur, istisnalar da yox deyildir.

Elə şəxslər vardır ki, vəzifə onları deyil, onlar tutduqları vəzifəni qiymətə mindirirlər. Ancaq belə hallar aşağı və orta vəzifələr tutan, əsas etibarilə öz işinin mahir biliciləri sayılan məmur-mütəxəssislərin əvəzsizliyini ehtiva edir. Bəzən də vəzifəli şəxs özünün əsas vəzifəsində heç də əvəzolunmaz sayılmasa da, daşıdığı ikinci, qeyri-rəsmi vəzifədə məharətlidir. Son illər Beyləqan rayon rəhbərliyində baş verən kadr dəyişiklikləri yuxarıda qeyd etdiyimiz tendensiyaları müşahidə etmək üçün əsl nümunədir. Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini – RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov da bu mənada “əvəzolunmaz” kadrdır. Məsələ burasındadır ki, Asif Ağayev RİH-nə başçı təyin olunandan sonra sələfi Vaqif Abdullayevin kadrlarının işdən kənarlaşdırılmasına nail oldu: Aytən Mirzəyeva RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri (RİH başçısının müavini) vəzifəsindən, Xuraman Rüstəmova rayon Təhsil şöbəsi müdirliyindən, Əliyar Həsənov Yaşıllaşdırma İdarəsinin rəisi postundan təmtəraqsız yola salındı. Amma, Asif Ağayevin daha əvvəlki icra başçısı İrşad Əliyevin hakimiyyəti dönəmində “qara vəzir” kimi tanınan Məhəmməd Qələndərova gücü çatmadı. Bildirildiyinə görə, Qələndərov məhz hələ də hadisələrin gedişinə təsir imkanlarını saxlayan keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyevin və sabiq baş nazir Artur Rasizadənin himayədarlığı sayəsində möpvqeyini əldə saxlamağı bacardı. Özü ilə birgə hamilik etdiyi, gəlirli hesab olunan, korrupsiya üçün əlverişli mühit sayılan sahələrə nəzarət edən bəzi köhnə kadrları – RİH-nin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (RİH başçısının müavini) İlqar Quliyevi, Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) direktoru Arzu Bəndəliyevi səhnədə və öz kurasiyasında saxlaya bildi. Bu yerdə xatırlatmağa dəyər ki, İlqar Quliyevin adı rüşvət olayında vasitəçilik etmədə hallanır və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirildiyi bildirilir.
Arzu Bəndəliyevin rəhbərlik etdiyi strukturda isə çoxsaylı qanunsuzluqlara, neqativ hallara (yeyinti, mövsümi cəlb olunmuş kimi göstərilən işçilərə artıq əmək haqqı yazdıraraq mənimsənilməsi faktları və bu zəmində MKTB-nin yerli Məşğulluq Mərkəzi ilə korropativ əlaqələrinin mövcudluğu) yol verildiyi barədə də, KİV-də xeyli məlumatlara rast gəlinir. Başqa bir ilginc məlumat isə, Məhəmməd Qələndərovun RİH başçısının birinci müavini Telman Məstanovun vəzifədən alınmasına nail olmaq və onun postuna yiyələnmək üçün əlaltdan kampaniya aparmasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə, Qələndərovun bu niyyəti onun özünün onsuz da böyük olan səlahiyyətini artırmaq istəyindən, daha çox məhz toxunulmazlığını qorumaq istəyinə xidmət edir. Çünki “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə görə, icra başçılarının birinci müavinlərini icra başçıları özləri deyil, Azərbaycan Respublikasının Prezidenti təyin edir (Rayon, şəhər və şəhər, rayon icra hakimiyyəti başçısının ikinci dərəcəli müavinləri isə, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər). Belə olan halda A.Ağayevin də M.Qələndərova təsir imkanları azalmış olar. Bütün bu qeyd olunanlar belə düşünməyə əsas verir ki, yeni başçı Asif Ağayevin Beyləqan RİH başçısı vəzifəsində həyata keçirməyi nəzərdə tutduğu işlərin arzuolunan səviyyədə həyata keçməsi, Beyləqana və beyləqanlılara fayda verəcəyi sual altındadır.

GundemXeber.Az

Related Articles

050-295-94-79
top