ABEL MƏHƏRRƏMOVUN ŞEYXİN QUDASINDAN QİSAS CƏHDİ – Sabiq rektorun ən etibarlı adamı onun xahişini yerə saldı…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Noyabrın 3-də İspaniyanın paytaxtı Madrid şəhərində baş verən məlum qalmaqaldan sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov işdən qovulmasına səbəb olan şəxslərdən qisas almağa çalışır.

Gundemxeber.az etibarlı mənbəyə istinadən xəbər verir ki, cənab Məhərrəmov düşdüyü vəziyyətə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qudası, türkiyəli iş adamı Əli Evsəni ittiham edir. Bu səbəbdən də, sabiq rektor əlində olan imkanlardan, keçmiş və indiki əlaqələrindən istifadə edərək Əli Evsenə sarsıdıcı zərbə qurmağa çalışır. Lakin türkiyəli iş adamının arxası şeyxülislam Allahşükür Paşazadəyə dayanıqlı olduğundan, Abel müəllimin bütün cəhdləri səmərəsiz olub. Üstəlik, son vaxtlar səhhətində yaranmış problem də onun “dəmiri isti-isti döyməsinə” mane olur. Bununla belə, sabiq rektor mövcud vəziyyətdən də yararlanmağa çalışır…
Bu barədə əməkdaşımıza məlumat verən mənbə deyir ki, yaxın günlərdə BDU-nun keçmiş rəhbəri universitetdə çalışdığı müəddətdə ona sədaqətlə xidmət göstərən Hüquq fakültəsinin dekanı Əmir Əliyevi yanına çağıraraq, ondan bir məsələni xahiş edib. Amma son vaxtlar gözünün “yuxarılarda” olduğu bildirilən Ə.Əliyev A.Məhərrəmova rədd cavabı verib.
Marqlıdır, Abel müəllim Hüquq fakültəsinin dekanından nə xahiş edib ki, o, keçmiş şefinə “yox” cavabı verməyə məcbur olub?

Mənbə bununla bağlı bildirib ki, Abel Məhərrəmov Əmir Əliyevdən BDU-nun Hüquq fakültəsində oxuyan və çoxlu sayda kəsirləri olan bir tələbənin – şeyxülislam Allahşükür Paşazadənin nəvəsinin, yəni Əli Evsənin oğlunun universitetdən xaric olunmasını xahiş edib. Lakin Ə.Əliyevin şeyxin nəvəsinin BDU-dan qovulmasının böyük qalmaqala səbəb olacağını çox yaxşı bildiyindən, sabiq rektorun xahişini yerə salıb. Bundan sonra tərəflər arasında ciddi soyuqluq müşahidə olunduğu haqda bilgilər ver. Hətta, deyilənə görə, Abel müəllim rektor olduğu dönəmdə Əmir Əliyevi öz yerlisi kimi hər zaman qabağa çəkməsindən peşman olduğunu da onun üzünə söyləyib…
Xatırladaq ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Azərbaycan geniştərkibli nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub.
Deyilənə görə, burada Azərbaycanın İspaniyadakı səfiri, sabiq rektorun oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qudası, türkiyəli iş adamı Əli Evsənin Azərbaycanda avtomobil nəqliyyatı, otel və ticarət sahələri ilə məşğul olduğu barədə də informasiyalar var. Bildirilir ki, 1962-ci ildə Adanada doğulan, ancaq illərdir Azərbaycanda fəaliyyət göstərən Əli Evsənin “Eagle Aviation Europe” adlı bir havaçılıq şirkəti var. Azərbaycana hüquq təhsili üçün gələn Evsən 1990-cı ildə “Evsən Groupu” qurub. Qrup şirkətləri arasında avtomobil şirkəti “Azsamand Service”, ticarət mərkəzi “Elitaya Complex”, soyuducundan paltaryuyan maşınına qədər istehsal edən “Azerbaijan Electronics” fabriki də var. Əli Evsənin bir də xalça atelyesi olduğu, onun şirkətlərində 3 minə yaxın adamın çalışdığı bildirilir.
Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Əli Evsənin qızı ilə ailə qurub.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Related Articles

050-295-94-79
top