KOLBASA VƏ SOSİS BAZARINDA BİABIRÇI MƏNZƏRƏ… – HANSI YERLİ MARKAYA GÜVƏNƏ BİLƏRİK?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

7GUN.az-ın məlumatına görə “Sab”, “1000 bərəkət halal nemət”, “Sevimli Dad”, “Payım”, “Ovçular”, “Rosko”, “Ovqat”, “Cənnət” və digər adlar altında hazırlanıb satışa çıxarılan kolbosalar və sosislər bir çox hallarda insan orqanizminə zərərli təsirlər göstərir. 

Bunun səbəbi kolbasa sexlərində antisanitar şəraitdə mənşəyi bilinməyən ət məhsullarının kağız-selliloz məmulatları ilə qarışdırılıb kolbasa və sosislər istehsal edilməsi ilə bağlıdır. 

Bundan başqa, xarici ölkələrdən, xüsusilə, Ukraynadan və Hindistandan gətirilən keyfiyyətsiz qarışıq ət məhsulları kolbasa sexlərində daha çox istifadə olunur. 

Təsadüfi deyildir ki, kolbasa sexlərinə verilən at və eşşək ətlərindən hazırlanan məmulatların mal əti kimi istehlakçılara satılmasının qarşısının allınmasından ötrü Qida Təhlükəsizli Agentliyi tərəfindən dəfələrlə karantin qoyulmuşdur. 

Keçirilmiş baytarlıq-sanitariya ekspertizaları çərçivəsində həmin ət məhsullarında buruselliyoz, xilamidioz, pasteriloz və quduzluq törədən elementlər aşkarlanmışdır. 

Ölmüş mal-qara və müxtəlif quş ətlərindən də kolbasa sexlərində istifadə edilməsi barədə məlumatlar vardır.

Yuxarıda göstərdiyimiz hallara görə insanların sağlamlığı üçün təhlükə mənbələrindən biri olan kolbasa və sosislər zaman-zaman ziyanlı təsirini göstərir. 

Keyfiyyətsiz kolbasa məhsullarının və sosislərin istehsalına və istehlak bazarına çıxarılmasına aidiyyatı dövlət qurumları niyə ciddi münasibət göstərmirlər?! Xalqxeber.az

Related Articles

050-295-94-79
top