Məktəbli forması geyinən ofis işçiləri- BTE-dən qəribə açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarını təkcə məktəblilər geyinmir, başqa sahədən olan müştərilərimiz də olur. Tikiş evi ilboyu məktəbli formasının satışını həyata keçirir. Amma ilin ortasında geyimlər daha çox dəst deyil, tək-tək satılır. Elə uşaqlar olur ki, ölçüləri dəyişir və valideyn gəlib yeni geyim, daha çox şalvar alırlar”. 


Bunu Lent.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

O bildirib ki, il ərzində Tikiş Evinin Bakının 8 müxtəlif yerində olan mağazalarındakı geyimlərindən başqa fabrikin özündə 2-3 min dəst ehtiyat geyim olur: “Əlavə satışlarda daha çox şalvar satılır. Köynək də həmçinin. Bizdə ölçüsündən asılı olmayaraq pambıq göynəklər 8 manata satılır ki, həmin qiymətə bu keyfiyyətdə köynəyi başqa mağazalarda tapmaq çətin olur. 42 ölçüyə qədər olan şalvarlar 15 manat, daha böyük ölçüdə olanlar isə 18 manata satılır. Kostyum və şalvar dəsti 44 ölçüyə kimi olanlar 40 manata satılır. 7-11-ci siniflər üçün nəzərdə tutulan və 54 ölçüyə qədər kostyum-şalvar isə 46 manata satılır. Bizim geyimlər ucuz və keyfiyyətli olduğu üçün böyük insanlar da gəlib alırlar. Məsələn, dəmiryolçular, ofis işçiləri də bizim formalardan alırlar. Yaxasından sadəcə, BTE loqosunu çıxarırlar”. 

Bakı Tikiş Evinin rayonlarda hələ də mağazalarının olmadığını deyən Etibar Əzimovun sözlərinə görə, məktəblərdə tədrislər başlamadan öncə rayon icra hakimiyyətlərinin müraciəti əsasında geyim göndərirlər. 

Dediyinə görə, Bakı Tikiş Evi formaları keyfiyyətli Türkiyə istehsalı olan parçalardan tikdiyi üçün həmin geyimlər 2-3 il xarab olmur: “Parçalarımızın Avropa laboratoriyalarından sertifikatı var”.

Related Articles

050-295-94-79
top