Nazirin qardaşı oğlu təyyarə ilə qəza törətdi -VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Fevralın 25-də Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən “Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb.

Faktaz.com xəbər verir ki, təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 3 sərnişin – Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub – Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva.

Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.
Faktaz.com olaraq bildirmək istəyirik ki, təyyarədə olan Asif Ələkbərov keçmiş nazir Füzuli Ələkbərovun qardaşı oğludur . Eyni zamanda Asif Ələkbərov IMPOTEX şirkətlər qrupunun rəhbəridir. Mötəbər bənbədən əldə etdiyimiz daha bir məlumata görə Asif Ələkbərov öz keyfi – işrət məsələləri üçün təyyarəni bir günü 30 min ABŞ dollarına icarəyə götürüb. Xatırladaq ki, bu Jet dən hava limanımızda cəmi 8 ədəd var.


Related Articles

050-295-94-79
top