Bir neçə gün əvvəl təmtəraqlı toyu olan Nərmin: “Elnur məni tanımır, otağından qovur”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Elnur məni tanımır, otağından qovur” 
AZXEBER.COM median.az-a istinadən xəbər verir ki, “Səni axtarıram” proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb. 
İllər öncə yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib.Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir.
Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir:
“Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm.
Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi”.

Related Articles

050-295-94-79
top