Sabiq icra başçısından baş memara cavab: “Heç vaxt etiraz səsinizi çıxarmadınız, həmişə susdunuz, indisə…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Dünən cənab Prezidentin ziyalılarla maraqlı bir görşü oldu. Çoxsaylı maraqlı çıxışlar da edildi. Ədalət naminə Prezidentdən edilən xahişlərin əksəriyyəti ümumi maraqlar üçün idi. Diqqətimi Memarlar İttifaqının rəhbəri, çox hörmətli Elbay Qasımzadənin çıxışı  cəlb etdi”.
Mia.az xəbər verir ki, bu sözləri 1992-93-cü illərdə Yasamalın icra başçısı işləmiş, QHT sədri,  hüquqşünas Sahib Məmmədov deyib.
Onun söğzlərinə görə, Prezidentlə görüşdə Elbay Qasımzadə maraqlı fikirlər söyləyib:
“Axırda da dedi ki, onun rəhbərlik etdiyi qurum tipində olan təşkilatlar QHT statusunda olmalı deyil. Amma çox qəribə əsaslandırdı. Təxminən belə dedi ki, biz qurub yaradırıq, onlar dağıdıcıdır və s. Əvvəla elə onun bəyənmədiyi QHT-lərin təşəbbüsü ilə millət vəkili Azay Quliyevin rəhbərliyi ilə “Peşə təşkilatları haqqında” Qanun layihəsi hazırlanıb və Milli Məclisdədir. O qəbul olunsa, Sizin təşkilat bizim kimi olmayacaq”.
Hüquqşünas deyib ki, Elbay Qasımzadə ilə bir müddət iş yoldaşı da olub: “O, Bakı şəhər Memarlıq və Şəhərsalma (o vaxt adı bir az başqa idi) İdarəsinin rəhbəri olanda, mən də Yasamal rayon İcra Hakimiyyəti Başçısı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının kabinet üzvü olmuşam. Elə o vaxt onun özünə dediyimi indi burda xatırladıram: hörmətli Elbay Qasımzadə, hər şey kənara, Siz mərhum atanız Ənvər Qasımzadənin layihəsi əsasənda tikilmiş Sovetski-205 (ünvan bir qədər dəqiq olmaya bilər, bəlkə də 207. Hər halda gözəl binalardan biri idi) ünvanında olan gözəl binanın fasadı korlananda, fasada eybəcər balkonlar çıxarılanda, yumşaq desək, susdunuz. Halbuki, o zaman Sizin razılığınız lazım idi buna. Siz müəllifi olduğunuz bir neçə abidənin necə gəldi dəyişdiriləndə də susduz. Siz şəhərin arxitekturasına xələl gətirən tikililərlə bağlı heç vaxt etiraz səsinizi çıxarmadınız. Siz Cəfər Cabbarlının ev muzeyinə bitişik Memarlıq və İnşaat Universiteti üçün eybəcər kooperativ bina tikiləndə də susdunuz. İndi Cəfər Cabbarlının ev muzeyin sökürlər, yenə də susursuz”.
Sabiq icra başçısı Elbay Qasımzadəyə xitabən fikirini belə tamamlayıb: “Mən sizin gözəl memar və gözəl ziyalı olmağınıza şübhəm yoxdur. Sadəcə, vətəndaş mövqeyinizi görmürəm. Yəqin QHT-nik kimi, mənim Sizdən əsas fərqim də elə budur. Ən azı ona görə ayrı qanuna ehtiyac var”.
Mia.az

Related Articles

050-295-94-79
top