Lənkəranskinin Çeçen varisi Xocalıya görə azərbaycanlı müğənniləri biabır etdi-VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xocalı soyqırımını unudanlara ar olsun. Mərhum azərbaycanlı ”qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan Çeçen əsilli kriminal avtoritet ”Şeyx Həmzət” ləqəbli, Həmzət Qastəmirov şou-biznes nümayəndələrini özünün İnstagram səhifəsində tənqid edib.

AzNews.az xəbər verir ki, kriminal avtoritet ötən gün Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə dərin üzüntü hissi keçirdiyini bildirib. O, azərbaycanlı müğənnilərin videosunu paylaşaraq onları tənqid edib. Videoda isə azərbaycanlı məşhurların Xocalı faciəsinin başvermə tarixindən xəbərsiz olmaları yer alıb.

“Ar olsun, Xocalı soyqırımını unudan hər bir Azərbaycan çörəyini yeyən məxluqlara!!!”, – deyə avtoritet qeyd edib.


Related Articles

050-295-94-79
top