Bakıda sərxoş sürücü avtomobilini qaldırıcı krana çırpıb – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi, Dadaş Bünyadov küçəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanan qaldırıcı krana çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş vəziyyətdə olub və hadisə yerindən uzaqlaşıb.
Baş vermiş qəza ilə əlaqədar qəza yerinə hüquq mühafizə orqanının əməkdaşları cəlb edilib.

Related Articles

050-295-94-79
top