“Nar”ın 4G şəbəkəsindən ev və ofislərdə istifadə imkanı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Nar” mobil operatorunun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. 
“Nar”-ın  yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi”  istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir.
“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib: “Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir.” 
Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir. 

Related Articles

050-295-94-79
top