Deputat İqbal Məmmədovdan enerji sabotajı: DÖVLƏTƏ NECƏ FIRILDAQ GƏLİNİR / YENİLƏNDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Lerik rayonundan Milli Məclisi təmsil edən deputat İqbal Məmmədov elektrik sayğaclarını dayandırmaq üçün yeni qurğu icad etmişdir. Həmin antenalı qurğu 5-10 metr məsafədən elektrik sayğacının fəaliyyətini dayandırır. Cumhuriyyet.az yerli mediaya istinadən bildirir ki, İqbal Məmmədova məxsus Lerik rayonunda “Kaspi-Yıldız” MMC müştərək müəssisəsi elektrik enerjisindən oğurluq etdiyinə görə 06.02.2019-cu il tarixdə həmin müəssisəyə “Azərişıq” ASC əməkdaşları tərəfindən baxış keçirilərkən sözügedən qurğu aşkarlanaraq götürülmüş və müəssisəyə 62.000 (altımış iki min) manat cərimə aktı tərtib olunmuşdur.
Bundan başqa, cumhuriyyet.az olaraq Qaradağ rayonu ərazisində deputat İqbal Məmmədova məxsus daş karxanasında da (Xəlilov Rəcəbin adınadır) həmin halın müşahidə edilməsi, 07.02.2019-cu il tarixdə “Azərişıq” ASC tərəfindən 37.000 (otuz yeddi min) manat cərimə aktı tərtib olunması və qurğunun götürülməsi haqda məlumatla da rastlaşdıq.
Digər məlumata görə Millət vəkilinə məxsus obyektlərdən götürülmüş elektrik sayğaclarının fəaliyyətini dayandırmaq gücünə malik olan antenalı qurğular hal-hazırda “Azərişıq” ASC-nin nəzarət departamentinin direktoru Nahid Sultanovun kabinetində saxlanılır. Daxil olan digər məlumata görə bu məsələlərin ictimailəşməməsi üçün deputat dərhal hərəkətə keçmiş, belə ki, 20.02.2019-cu il tarixdə “Kaspi-Yıldız” MMC-yə 31.000 (otuz bir min) manat, daş karxanası üçün isə 17.000 (on yeddi min) manat vəsait ödəmişdir. Başqa əldə etdiyimiz məluma görə isə deputat həmin qurğuları geri almaq istəyir. Necə olur ki, 15-20 manat vətəndaşın borcu olanda işığı kəsilir, bu qədər bocu olan müəssisənin isə heç işıqları belə kəsilməyib?

Bu arada sözügedən deputatın sahib olduğu iddia edilən sərvətlərin siyahısı yayılıb. Sosial şəbəkələrdə yayılan siyahıda sözügedən əmlakların Milli Məclisin 78 saylı Lerik seçki dairəsindən seçilmiş deputatı İqbal Məmmədova məxsus olduğu iddia olunur. İddialarla bağlı dəqiqləşdirmə aparmaq üçün millət vəkilinin özü ilə əlaqə saxlamağa çalışdıq. İqbal Məmmədovun mobil telefon nömrəsini dəfələrlə zəng etsək də, zəngimizə cavab vermədi.

Həmin siyahını təqdim edirik:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar),
2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir),
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır),
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil,
8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti),
9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti),
10. Lerik rayonunda donuz ferması,
11. Lerik rayonunda dəvəquşu ferması,
12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir),
13. Piran kənində şebel və kərpic fabrikləri,
14. Şüvəlan və Novxanıda villa,
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar və sairə,

Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq. TEREF.AZ

Related Articles

050-295-94-79
top