Xocalı faciəsinin anım günündə xoşagəlməz olay

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partıyasını üzvləri ilə polis arasında insident yaranıb.

Partiya rəhbərliyinin abidə önünə çiçək qoymaslna polis mane olub və bu zaman tərəflər arasında gərginlik yaranıb. Partiya üzvü Tofiq Yaqubli bildirib ki, polis partiyanın Divan üzvü Mehman Kərimliyə qarşı zor tətbiq edib. Nəticədə yerə yıxılan müsavatçı infarkt keçirib. Təcili yardımla xəstəxanaya aparılıb.

***

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı polis əməkdaşlarından abidə önünə çiçək qoymağa icazə verilməməsinin səbəbini soruşublar. A.Hacılı “Biz abidəyə gül qoymaq istəyirik. Səbəbini izah edin, biz də razılaşaq”– desə də, polis əməkdaşı gülləri sərhəddə qoymalı olduqlarını bildirib. İ.Qəmbər isə “Sərhəddin birini erməni Qarabağda çəkib, siz də burda çəkəcəksiniz? Xocalı abidəsi ilə bizim aramızda?”- deyə qarşılıq verib.

Ardınca A.Hacılı davam edib: “27 ildir biz bura gəlirik, həmişə də gülü eyni yerə qoymuşuq. Niyə indi təzə qayda qoymusunuz? “Xocalını unutma” şüarları var Bakıda. Niyə Xocalını unutdurursunuz? Nahaq yerə problem yaradırsınız. Mən televiziyada canlı yayımlara baxmışam, hamı gülləri gətirib ora qoyur. Evimin qabağına da gül qoya bilərdim. Amma anım yeri heykəlin qabağıdır. Siz ziyarət etməyə qoymursunuz. Havayı qan-qaraçılıq etməyin. Xocalı şəhidləri hamımızındır!”/yenisabahMia.az

Related Articles

050-295-94-79
top