TƏRTƏRİN BAŞÇISI 80 YAŞLI QAYNANASININ ADINA 196 HEKTAR TORPAQ YAZIB SUBSİDİYA ALIB-ŞOK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb…
Yəqin xatırlayırsınız, «Təzadlar»ın ötən ay dərc olunmuş sayında Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlunun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlunun cənab Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, kənd təsərrüfatı naziri İnam Kərimova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsi yayımlanmışdı. Qısa deyək ki, Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlu uğrunda döyüşərək ağır yaralandığı, bir qolunu itirdiyi Tərtərin Şıxarx adlanan ərasindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəmişdi və o, ərizə ilə Tərtərin icra başçısı Müstəqim Məmmədova müraciət etmişdi. RİH-nin rəsmisi Füzuli Əliyev E.Məmmədovu icra hakimiyyətinə çağırıb demişdi ki, başçı tapşırıb, get 27000 (iyirmi yeddi min) manat pul gətir, Şıxarx qəsəbəsindən 30 hektarı icarəyə götür.
Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb və s.

Bəs necə olub ki, Qarabağ qazisinə taxıl əkini üçün torpaq tapılmır, amma başçı Müstəqim Məmmədov Yevlaxda yaşayan 80 yaşlı qaynanasına 196 hektar torpaq tapa bilir?

«Təzadlar»a təqdim olunmuş şikayət ərizəsi əsasında apardığımız araşdırma bizi şoka saldı və dəhşətə gəldik. Təsəvvür edin, Qarabağ qazisinə uğrunda döyüşüb qanını axıtdığı ərazidə əkin üçün torpaq tapılmır, amma Tərtərin icra başçı Müstəqim Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanasının adına 196 hektar torpaq yazdırıb subsidiya alır??? Bu hansı məntiqə sığır? Təqdim olunmuş sənədlərin təhlili sonra təqdim ediləcək. Qayıdırıq 2016-cı ildə Prezident İlham Əliyevin NK-nın illik hesabat yığıncağında üzünü nazir H.Əsədova tutaraq subsidiyaların necə yeyildiyini birbaşa üzünə deməsi çıxışına. Sitat: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi… Dedi ki, taxılın az olması quraqlıqla bağlıdır… Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox…”. 
Bəli, cənab Prezident! Doğru buyurursunuz, dövlət o pulu fermerlər üçün verir, məmurlar, o cümlədən Tərtərin İcra başçısı Müstəqim Məmmədovun Yevlaxda yaşayan, bildiyimizə görə, vaxtilə pedoqoji sahədə işləmiş, 80-dən çox yaşı olan qaynanası üçün yox… Bax elə buna görədir ki, məsələn, kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cari ildə (2017) 3 milyon ton taxıl istehsal olunacağını vəd vermişdi! Amma elə həmin il Azərbaycan xaricdən 1,3 milyon ton ərzaq buğdası aldı. 1,7 milyon ton tələbata qarşı 4,3 milyon ton! Özümüz isə guya 3 milyon ton taxıl istehsal etmişdik. Guya!!! Və bəzi məmurların vasitəsilə taxıl sahələrinə ayrılan subsidiyalar bu yolla dağıdılıb mənimsənilmişdi. Və subsidiyaların yeyilməsi ucbatından ölkədə taxıl pripiskası aparılıb aparılır və qaynanaların adına yazılmış taxıl sahələrinin sayəsində adımız ikiqat taxılyeyən ölkə kimi biabır olur…
Daha geniş yazı növbəti sayımızda təqdim ediləcək. Teref.az

Related Articles

050-295-94-79
top