Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: “Sənətkarın oxumasını qiymətləndirmişik” (VİDEO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə görüntüsü müzakirələrə səbəb olub. Belə ki, müğənni Mətanət Əsədova və digər şou-biznes nümayədlələri Xasıyeva oxuyarkən onun əlinə pul vermə görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və ciddi tənqidlərlə yol açıb.

Sözügedən video ilə bağlı Unikal.org-a açıqlama verən müğənni Mətanət Əsədova yazılanlara məhəl qoymadığını bildirib:

“Bu videonun kim tərəfindən yayıldığından xəbərim yoxdur. Kim nə deyirsə özü bilər. Könül xanım da əcəb edib, biz də. Ayıbdır, görün nəyi müzakirə edirlər? Sənətkarın oxumasını qiymətləndirmişik burada nə var ki?! Xəstə adamdır ürəyini açırıq. Kim bu videonu necə yozursa mənə maraqlı deyil”.Famil Fərhadoğlu

Related Articles

050-295-94-79
top