“Femina” hədəfdə: qaçqın pulu alan Salman Mirzəliyev yoxlanır? – Şok faktlar…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Femina” xəz-dəri mağazası hədəfdədir

Cahan.info-nun əldə etdiyi məlumata görə,
 bu şəbəkənin saxta mal biznesi təftiş oluna bilər. 

Bir neçə il bundan əvvəl “Lady Sharm”la bağlı baş verənlər “Femina”nın başına gəlmişdi. Belə ki, mağazanın satdığı malların arasında saxta mal aşkarlanmışdı. Həmin vaxt hansısa yolla bu məlumatın mediada yayılmasının qarşısını ala bildilər.

Mənbə afn.az-a qeyd edib ki, bir neçə gündür mağazada yoxlamalar aparılır, satışa çıxarılan və anbarda saxlanan malların keyfiyyəti ciddi araşdırılır.

Hətta yoxlamaların hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə keçirildiyi deyilir. Mağazanın rəhbərliyi hələlik ortalarda görünməməyi qərara alıb.

“Femina” nümayəndəsi yoxlamaların həmişə aparıldığını təsdiqləyib. 

Bundan qabaq firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. 

Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.

Femina”nın firma mağazası “Sədərək” Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. 

Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. 

İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.

“Femina”nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir.

Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi köçkün statusundan yararlanaraq, müavinət belə alır. “Femina”nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək, orada yaşayır.

Saytlar yazırlar ki, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır: 

“Burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. 

Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. 

«Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar. Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır». 

«Femina»nın sahibi Salman Mirzalıyev istehlakçıların hüquqlarını pozması azmış kimi, dövlət büdcəsinə də ziyan vurur. 

Mediada yayılmış iddialara görə, iş adamına məxsus qalereyanın vergi hesabatı düzgün aparılmır və gəlir az göstərilməklə dövlətə cüzi miqdarda vergi keçirilir. 

Başqa sözlə desək, il ərzində külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılır. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Related Articles

050-295-94-79
top