ƏYALƏTDƏN BAKIYA BAŞÇI GƏTİRİLİR… – GÖZLƏNTİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısının tutuduqları vəzifələrindən alınacağı haqda informasiya yaymışdıq. Danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda daha 3 rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir. 

Mənbə həmin rayonların adlarını DİA.AZ-a açıqlayıb. Onlar aşağıdakılardır:

1. Sabunçu rayonu;
2. Daşkəsən rayonu;
3. Pirallahı rayonu.

Mənbə açıqlamasında bildirir ki, hazırda Daşkəsən rayonuna rəhbərlik edən və kurasiya baxımından Bəylər Əyyubova yaxınlığı ilə seçilən Əhəd Abıyevin təkrarən etimada layiq görəcəyi gözlənilir.

Mənbə bildirir: “Əhəd Abıyev Xətai rayonuna gətirilə bilər”. Qeyd edək ki, ötən ildən Xətai rayonun rəhbəri postu təyinatsız qalıb və Əhəd Abıyev uzun illərdir ki, Xətaiyə başçı gələ bilməsi üçün çaba göstərir.

Related Articles

050-295-94-79
top