Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Prezident İlham Əliyev Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Hüseynov Eyvaz Mövsüm oğlunu orden ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olub. 02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Related Articles

050-295-94-79
top