“O qəzəli elə oxumaq Nəsiminin atasını söymək kimi bir şeydir” (VİDEO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 22
    Shares

Avropa prodüseri Sultan Mustafayevin BAKU.WS-ə müsahibəsini təqdim edirik:

– Sultan, Naz Mila ilə məhkəmədə qalib gəldiyininə görə təbrik edirik. Məhkəməni udmaq asan oldumu?
– Azərbaycan qadınlarını təhqir edən Müşkünaz Seyidzadənı hamı Naz Mila kimi tanıyır, amma atasının qoyduğu qanuni ad belədir. Hamı bilir ki, bu insan bu gün də öz anti-reklamları ilə Azərbaycan xalqını təhqir etməkdə davam edir.

Bizim məhkəməmizdə mənə böyük problemlər yaşatdılar. Vəkilimi pulla aldılar, bu işdən imtina etdi və sairə manelərlə rastlaşdım. Nəticədə mən qalib gəldim. Məsələ oktyabr ayında Nizami rayon Məhkəməsində bitdi. Hakimin çıxardığı qərarla Naz mənə 5000 manat təzminat ödədi. Təbii ki, biz dəfələrlə artıq təzminat tələb etmişdik, amma o insan Azərbaycanda yaşamadığına və rəsmi olaraq heç bir gəlir göstərmədiyinə görə hakim 5000 manatla kifayətləndi.

O pula əlimi belə vurmadım. Onun vəkili mənim vəkilimə nəğd ödəyib. Azərbaycan adına ləkə gətirən birinin pulu mənə lazım deyil. Naz Milanın puluna ehtiyacım yoxdur. Mən də o pulu ehtiyacı olanlara hədiyyə etdim.

– İkiniz də İstanbulda yaşayırsız, heç qarşılaşmısız?

– Naz Mila ilə qonşuyuq, İstanbulda eyni rezidensdə qalıırıq. Məhkəmə prosesi gedərkən orada da aramızda çox böyük problemlərimiz oldu. Yolumu kəsmələr, şantajlar və sairə yollara əl atdı. Sonunda hər şey Azərbaycan qanunları ilə öz həllini tapdı.

– Naz Mila nə əcəb belə tez təslim oldu?

Məni susdurmaq üçün məsələni tez bağladılar. Pulu tez verməkdə məqsədləri o idi ki, Avropa prodüseri bir daha bu barədə danışmasın. Türkiyə kimi bir ölkədə 5000 manat az pul deyil, 15 000 TL edir. Məncə donuzdan 1 tük qopartmaq böyük şeydir. Bu da ona mənim son sözüm olsun. Bu gündən artıq bu barədə danışmayacam. İlk və son BAKU.WS-ə danışdım. Ümumiyyətlə, nə danışsa belə bu insan haqqında heç nə deməyəcəm.

– Türkiyədən Azərbaycan şou-biznesi necə görünür?

– Bərbad gündədir! Ürəyim doludur, hansını deyim, bilmirəm. Birincisi elə Afət Fərmanqızı adında bir oxuyan çıxıb ortalığa, tanımıram, heç tanımaq fikrində də deyiləm. Amma kimdir, nəçidir, nəyə qulluq edir, hansı kateqoriyaya aiddi olduğunu az-çox araşdırmışam. Gəldiyim qənaət belədir, bu insan musiqidə, sənətdə göstərici ola bilməz. Toylarda çıxışlarına baxıram, bu müğənni arxasını dala verib məclisdəkiləri məst edir, oxumağı bərbad!

O boyda Nəsiminin qəzəlini götürüb elə bir hala salıb ki… O qəzəli ritmik “indeyski” musiqi ilə oxumaq Nəsiminin atasını söymək kimi bir şeydir.

Bir azərbaycanlı kimi ona sual verirəm; axı sən kimsən, sənə bu ixtiyarı kim verib?

Musiqi, sənət camiyəsinin sənətkarları, Mədəniyyət Nazirliyi niyə susur? Bu qadına kim ixtiyar verib ki, Azərbaycanın tarixini məhv etsin?
Buradan hörmətli mədəniyyət naziri Əbülfəz Qarayevdən tələb edirəm, şəxsən bu məsələ ilə maraqlansın. Bütün telekanallarda bu qadına qadağa qoysun. Siz jurnalistlərə də səslənirəm, bu qadına mətbuatda da qadağa qoyun. Ya da çıxsın üzr istəsin.

– Sultan, onu dinləyənlər də, o mahnıya oynayanlar da var.

– Onu dinləyənlər, ona dəstək olanlar mənim gözümdə ondan da aşağı səviyyədə olanlardır. Özünü tanımayan müğənnicikdir. Haqqında mənə çox şeylər çatdırıblar, bu gün istəmirəm bildiklərimi açıb-töküm. Buradan üzümü tuturam Afət Fərmanqızına, damarlarımda azərbaycanlı qanı daşıyan biri kimi səndən tələb edirəm, çıx Azərbaycan xalqından üzr istə! Çünki sən Azərbaycan tarixini, musiqisini təhqir etmisən.

Sənə deyirəm, Avropa prodüseri olaraq ikinci çııxışım daha sərt olacaq. Sənin keçmişin, şəxsi həyatın, arxivindən açıqlamalar verəcəm. Məndən qorx! Mən 120 kiloyam, sən 80. Səni tapdalaya bilərəm.

Müğənnilərə söz atırsan, Flora Kərimova kimi birinə söz deyirsən. Sən kimsən axı?! Arxanı dala verib toyda iki mahnı oxumaqla özünü müğənni sayırsan? Mən sənin kimi müğənnilər Türkiyədə heç ayaqqabılarımı sildirmirəm.

Ay sənəti olan sənətkarlar, çıxın danışın, haçana qədər qoyun kimi susacaqsız? Haçana qədər pul alıb, belələrini tərifləyəcəksiz?

– Kimləri nəzərdə tutursan?

– Buradan adbaad demək istəmirəm, lazım olarsa, iknci videomda ad çəkərəm. Bu gün yerindən duran efirə çıxır. Kanal rəhbərləri, Bədii Şura buna nəzarət etməlidirlər. Ərindən, arvadından boşanan, atasından qaçan sənətə gəlir. 15-16 yaşında ərə gedib,çıxan sənətə gəlib deyir ki, mən müğənniyəm.

– Amma söylədiklərinin altında az qala yarım milyonluq maşını, villaları var.

– Özləri kreditlə alıb, çıxıb efirdə yalandan həyat yoldaşı və ya kimsə tərəfindən hədiyyə edildiyini deyirlər. Əvvəla, sənin həyat yoldaşın yoxdur. İkincisi də, özün həmin oölanların cibinə pul qoyursan ki, səninlə görüşsünlər. Bakı balaca şəhərdir, kimin nə olduğu bəllidir.
Bu insanlar sənətdən xəbəri olmayanlar, sənəti məhv edənlərdir. Müğənniliyə ancaq pul qazanmaq, sponsor tapmaq üçün gəlirlər. Qabağa getmək üçün hətta evli kişilərlə “gəzirlər”. Bunları bütün xalq bilir. Hər şey göz qabağındadır.

– Röya ilə Aygün Bəylər qalmaqalı sülhlə bitdi. İndi münasibətləri necədir?

– Onların bir-biri ilə heç vaxt problemləri olmayıb. Biri xalq janrında oxuyur, biri pop. Bunu ilk dəfə sizə açıqlayıram, onların qırğınının səbəbkarı, bir-birinə qarşı qızışdıran insan Elgiz Əkbər idi. Şəxsi fikrimdir və real faktlara əsasların söyləyirəm. Bu söz-söhbətlər qızışdığı zaman, eləcə də məhkəmə prosesi ərəfəsində Elgizdən xahiş etdim ki, məni efirə dəvət etsin və özü də, mən də bu barədə açıqlama verək. Dedi ki, əşşi, mənim nəyimə lazımdır, qoyun bir-birini qırsınlar. Prodüser kimi demirəm, bir insan olaraq bu gün bu barədə danışmağı özümə borc bilirəm. Aygün Bəylərin Röya ilə, Röyanın da Aygün Bəylərlə heç bir problemi olmayıb.

Related Articles

050-295-94-79
top