NAZİRLİYİN AÇIQLAMASI KÖKÜNDƏN YALANDIR: “HEYVANLAR NOYABR DEYİL, DEKABRDA VERİLİB”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən mənə verilən heyvanlarla bağlı açıqlaması yalandır və onlara, o cümlədən KİV-lərə bu barədə lazımı sübutları təqdim edə bilərəm”. 
Bu barədə yenidən Unikal.org-a açıqlama verən Lək kənd sakini Sevinc Həsənova bir daha iddia edib ki, “özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanlar xəstə olub: 

“Birincisi, nazirlik açıqlama verir ki, ötən ilin noyabr ayında S.Həsənovaya mal-qara özünün iştirakı və razılığı ilə alınaraq təhvil verilib. Bəli, noyabr ayında mənə xəstə heyvanlar gətirilib, qapıdan geri qaytarmışam. Ötən ilin dekabr ayının 6-da anam xəstə oluğundan evdə olmamışam. Elə həmin günün axşamı heyvanlar həyətimizə gətirilib. Həyat yoldaşıma aktı oxutdurmadan imza çəkdiriblər. Ən azından imza ilə bunu sübut edə bilərəm. Sözügedən sənədi də bu gün poçtla ünvanımıza göndəriblər”. 
Deməli, nazirlik hələ mənə verilən heyvanların vaxtını dəqiqləşdirmədən tələm-tələsik açıqlama yayır. Digər tərəfdən şəkil açıqlaması verir. Bəli, mən açıqlamamda demişəm ki, bu kənddən 6 ailə onlara verilən heyvanların xəstə olduğunu deyir. Şəkillərin biri səhvən sizə göndərmişəm. Amma, o şəkillə bağlı da heyvan sahibləri sizə açıqlama verəcəklər. Onların heyvanları ümumiyətlə ayağa qalxa bilmir”.
Sevinc Həsənova bildirib ki, heyvanlarla dekabrın 7-də tanış olub, onların xəstə olduğunu görüb, dekabrın 8-də baytar çağırıblar: “Baytar da təsdiqlədi ki, heyvanlar xəstədir. Daha sonra müvafiq qurumlara müraciət etdim”.
O, əlavə edib ki, bu sənəd vasitəsilə nazirliyin açıqlamasının yalan olduğunu sübut edir: “Dekabrın 8-də baytarlıq imzası ilə heyvanların həqiqətən də xəstə olduğu bir daha öz təsdiqini tapdı. Deməli, heyvanlar aclıqdan deyil, xəsəlikdən bu hala düşüb”.
Şikayətçi həmçinin deyib ki, hazırda rayon Məşğulluq Mərkəzinin müvafiq şəxslər, heyvanları verən şirkətin təmsilçiləri onlara müxtəlif yollarla təzyiq edirlər: 

“Nazir Sahil Babayevə sizin vasitənizlə müraciət edirəm. Cənab nazir, mən və ailəm həqiqətən də dövlətin yaratdığı, xüsusən ölkə başçısı İlham Əliyevin bir başa dəstəyi ilə “özünüməşğulluq proqramı”nın nə qədər gözəl layihə olduğunu anlayır və sevinirdik. Bu sevinclə də şəxsən mən “özünüməşğulluq proqramı” çərçivəsində kurslarda iştirak etdim və ölkə başçısının biz aztəminatlı insanlar üçün yaratdığı bu gözəl şəraitdən yararlanmağı düşündüm. Amma, təəssüflər olsun ki, bəzi işbazlar buna kölgə salıb, öz maddi maraqları üçün bu imkandan sui-istifadə edirlər. Cənab nazir şəxsən sizi Ucara dəvət edirəm. Gəlin, gözünüzlə hər şeyin şahidi olun”.

Qeyd edək ki, 2019.02.11 tarixində S.Həsənovanın şikayəti əsasında Unikal.org-da “Ərimi aldadıb yerimə qol çəkdiriblər…” – Bu dəfə vətəndaşa qotur inəklər verildi başlığı ilə yazı dərc edilib. Həmin yazını bu likdən oxuya bilərsiniz.

Related Articles

050-295-94-79
top