Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib. 
Yenilik.az strateq.az-a istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev “İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.
Əliyev açıqlamasında xəbəri təsdiqləyib.
Qeyd edək ki, bu ay “İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək “İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.

Related Articles

050-295-94-79
top