PİYADANI AVTOMOBİLLƏ VURARAQ QAÇAN SÜRÜCÜ “LAÇIN”IN SAHİBİNİN OĞLU İMİŞ… – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. “Laçın” Ticarət Mərkəzinin sahibi lan və “Laçınlı Məsud” kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. Onlar “MVF”, “Laçın Ticarət Mərkəzi” və “Sunay Ticarət Mərkəzi” MMC-lərinə nəzarət edir.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top