Maaş artımı ilə bu, ilk dəfə baş verdi – Sərəncam

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu qərar həm maaşların, həm də sosial təminatın səviyyəsinin artmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, Prezidentin sərəncamı ilə Azərbaycanda minimum əməkhaqqının məbləği 38.5% artırılıb:

“Beləliklə də ilk dəfə olaraq yaşayış minimumu ilə minimum əməkhaqqının səviyyəsi bərabərləşdi. Ciddi iqtisadi qərardır”.

İqtisadçı ekspert Natiq Cəfərli Prezidentin sərəncamı ilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılmasının çox müsbət addım olduğunu bildirib:

“Bu, DSMF-yə ödənişləri də artıracaq. Vergi Məcəlləsinə və icbari sosial müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə, VÖEN-lə və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar DSMF-yə minimum əməkhaqqının 20%-dən 50%-ə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər.

Əslində, DSMF çoxdan özünümaliyyələşdirməyə keçməli idi. Prezidentin imzaladığı sərəncam Fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq”.

İqtisadçı vurğulayıb ki, ölkə başçısının bu qərarından sonra başqa ölkələrlə müqayisəli statistikada vəziyyətimiz bir az da yaxşılaşacaq:

“Artıq 100 dollardan az minimum əməkhaqqı olan ölkələrin siyahısından çıxacağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünən minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Related Articles

050-295-94-79
top