ATV-də başlayan “Mübarizə” adlı serialın yayımı dayandırılıb.

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yenilik.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanını canlandıran aktyor Murad Abdullayev “Facebook” hesabında məlumat verib.

“Dostlar, bu səhnəyə görə serialımızı efirdən çıxardılar. Mübariz İbrahimovun ad günündə çox pis zərbə vurdular. Tülkü kimi mənə xəbər etmədən gizlin iş çevirdilər. Mən də hamı kimi serialın cümə axşamı 22:00-da efirə getmədiyini bildim. Sonra “Youtube”da bu səhnəni kəsib yerləşdirdilər. Soruşdum ki, niyə belə etdiniz? Dedilər ki, reytinq vermir, vaxtı dəyişdik. Halbuki vaxtı dəyişəndə mənə deməli idilər və vaxta uyğun anons yığdırıb, iki gün öncə efirə verməli idim ki, insanlar vaxtın dəyişdiyini bilsinlər. Bu mənə qarşı təxribat idi. Biz bu səhnədə tarixdən danışmışıq, həqiqəti demişik” deyə, Murad bildirib.

Related Articles

050-295-94-79
top