Nazın polisi təhqir edən erotik klipi silindi

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Milanın söz və musiqisi Ceyhuna məxsus “No panic” klipi Yutub kanalından silinib.

Teleqraf.com xəbər verir ki, DJ Ceyhunun rəsmi Yutub kanalında yayımlanan klipinə giriş mümkün deyil. Bir sıra istifadəçilər müxtəlif görüntülərlə “No panic”in söz və musiqisini yayımlayıb.

Qeyd edək ki, Naz Milanın “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.

Related Articles

050-295-94-79
top