“Məmurlar və deputatlar nədən cəmiyyətdən gizlənirlər?”- Deputatdan sərt açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb. Onun bu addımını izləyiciləri rəğbətlə qarşılayıb.

Anaxeber.info bildirir ki, məsələ ilə bağlı Fazil Mustafa bizimyol.info-ya bildirib ki, belə kadrlar vəzifədə nə qədər çox olarsa, islahatlar ölkədə real məzmun alar: “Modern, özünə güvənən, şəffaf işləyən məmur niyə xalqdan gizlənməlidir? Gizlənən məmurlar təmkin nümayiş etdirdiklərini düşünürlər və özləri haqqında xarizmatik bir şeylər yaratmağa çalışırlar.

Vətəndaşlardan gizlənən məmurların sosial şəbəkəyə də münasibəti belədir. İstər məmurlar, istərsə də, deputatlar nədən cəmiyyətdən gizlənirlər? Cəmiyyətdən gizlənən həmin şəxslərin bu suala cavabı belədir: “Əşi, yox e, mən bu səviyyəyə enə bilmərəm. Biri söyüş söyür, biri təhqir edir”. Amma hər bir şeyin qarşısına çıxmaq və insanların suallarını cavablandırmaq lazımdır. Ona görə də, Vüsal Hüseynovun atdığı addım nümunəvi addımdır. Mən də dəstəkləyirəm. Bu ki hallar dövlətin nüfuzuna müsbət çalarlar gətirir, hakimiyyətin özü üçün də vacibdir. Hesab edirəm ki, belə kadrlar vəzifədə nə qədər çox olarsa, islahatlar ölkədə real məzmun alar. İslahat elan etməklə deyil ki… Kadr olmayandan sonra hansı islahatı etmək olar?”

Deputat bildirib ki, cəmiyyət ölkədə baş verən mənfi hadisələri dövlət başçısı ilə əlaqələndirilər: “Mənfi hallar ölkə başçısının adına yazılır, dövlətdən narazılığa çevrilir. Halbuki hər sahədə məmurlar öz üzərinə düşən etsələr, narzılıqlar olmaz. Yarım saat vaxtını ayırıb sosial şəbəkədə canlı yayıma çıxmaq çətin məsələdirmi? Ona görə də hesab edirəm ki, Dövlət Miqrasiya Xidmətinin rəisi atdığı addım müsbət tendensiyadır. Bundan çəkinmək lazım deyil, stimullaşdırmaq lazımdır ki gələcəkdə məmurlar bu çür addımlar atsınlar. Amma bunu süni sürətdə yox, təbii formada etsinlər. İnsanlarla ünsiyyətə vəzifə borcu kimi yanaşmağı bacarsınlar”.

Related Articles

050-295-94-79
top