“İnsanların öz yetişdirdikləri məhsullar yerdə tökülüb qalıb” — Deputat kəndlinin MÜDAFİƏSİNƏ QALXDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verməsini müsbət hesab edirəm və alqışlayıram. Hesab edirəm ki, dövlət başçısı cəmiyyətdən gələn reaksiyalara vaxtında qiymət verdi və çox düzgün addım atdı. Çünki Nazirlər Kabinetinin, baş nazirin belə bir qərarına, doğrudan da, heç bir ehtiyac və zərurət yox idi”.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, əslində, bu gün insanların, vətəndaşların özlərinin aylarla zəhmət çəkib becərdiyi, yetişdirdiyi meyvə məhsulları tökülüb yerdə qalıb:

“İnsanlar min bir əziyyətlə yetişdirdikləri meyvə məhsullarını sata bilmirlər, o ki qaldı gedib meşədən meyvə yığıb, onları satmağı düşünsünlər.

Bu gün insanların özlərinin yetişdirdikləri məhsullar yerdə tökülübqalıb, çürüyüb gedir, yaxın duran da yoxdur. Belə olan halda, kim gedib meşədən meyvə yığacaq və onu satmağı, başqa cür istifadə etməyi düşünəcək?

Vallah, bəzən elə məsələlər, elə qərarlar olur ki, bilmirsən onu haradan tapıb “icad edirlər”. Bilmirsən ki, bu, kimin, kimlərin ağlına gəlib.

Ona görə də cənab prezidentin addımını, insanların narahatlığna vaxtında reaksiyasını çox müsbət sayıram və onun son addımını alqışlayıram”.

Related Articles

050-295-94-79
top