Fazil Məmmədovun kadrlarını kim qoruyur? – Biri obyektlərinə keşik çəkir, digəri isə…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Keçmiş Vergilər naziri Faizl Məmmədova bağlı olan icra başçılarının vəzifələri ilə vidalaşacağı ilə bağlı çoxdan mətbauatda söz-söhbətlər dolaşmaqdadır. Lakin bu proses Gədəbyin rəhbəri Ramiz Yediyarovun “vurulmasının” ardından sanki hansısa sirli əlin müdaxiləsi ilə durduruldu. Qeyd edək ki, bun qədərsə Fazil Məmmədovun adamı kimi Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərov yola salınmışdı.

DİA.AZ-a bütün bunları xatırladan məlumatlı mənbə bildirir ki, hələ də Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Rəcəb Babaşovun “Fazil Məmmədovun adamları” kimi yollarına davam etməsi kifayət qədər müəmmalı hadisə kimi qəbul olunmalıdır.

Mənbənin dia.az-a spylədikləri: “Çünki Rəcəb Babaşov və Alimpaşa Məmmədov keçmiş Vergilər Nazirinin ən yaxın kadrlarıdır. Fazil Məmmədov isə “vurulandan” sonra barəsində çox ciddi ittihamlar səsləndirildi. Hətta rəsmi dairələrə yaxın ünvanlar da keçmiş nazirin neqativlərini ictimailəşdirdilər. Belə şəraitdə Fazil Məmmədovun Şəmkirdəki biznesinə, obyektlərinə qarovulçuluq edən Alimpaşa Məmmədovun və keçmiş nazirin qara pullarının üzünü ağartmaqla məşğul olan rəcəb Babaşovun hansı əsaslarla görəvdə saxlanıldıqları kifayət qədər şübhəlidir”.

Mənbə onu da bildirdi ki, yaxın günlərdə hər iki icra başçısı ilə bağlı yeni prosesə start verilə bilər. Dia.az-a söylənilənlər:

“Təbii ki, qeyd olunan dəyişikliklərin qarşısını alanlar kimi, bu prosesin yürüməsində maraqlı olan qüvvələr də var. Və yaxın günlərdə hər iki başçı ilə bağlı dəyişiklik məsələsi yenidən gündəmə daşınacaq. Son qərarın necə olacağını isə gedişatdan biləcəyik”.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Related Articles

050-295-94-79
top