FAZİL MƏMMƏDOV MÜALİCƏ ALDIĞI XƏSTƏXANANI ƏLƏ KEÇİRDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

Bu gündən Gəncə Beynəlxalq Xəstəxanası rəsmən Fazil Məmmədovun tabeçiliyinə keçib. Bu barədə son vaxtlar səs küylü araşdırmaları diqqət çəkən jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində məlumat yayıb. AzToday.az həmin məlumata istinadən bildirir ki, artıq keçmiş vergilər nazirinə məxsus Sinerji Şirkətlər Qrupu xəstəxananın yeni sahibidir.

Ümumi arayış: Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlayıb. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir.

İndiyə qədər xəstəxananın Fazil Məmmədova məxsusluğu barədə ehtimallar mövcud olsa, GBX-nın yalnız bu gün “Sinerji” keçməsi rəsmiləşdirilib.

Belə bir ehtimal var, xəstəxana ona bu yaxınlarda əlindən alınan Minskdəki “Buta Butik” hotelinin və daha bir neçə obyektin əvəzində kompensasiya kimi verilib. Hələ də Gəncə Beynəlxalq Hospitalında müalicə alan keşmiş nazirin səhhətində xeyli irəliləyiş var. Xatırladım ki, o, uzun müddət Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alıb, ötən ilin noyabrında Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Related Articles

050-295-94-79
top