Bərdədə iki uşağını atan qadından şok açıqlama – “Uşağımı giröv götürdü”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xəbər verildiyi kimi bir neçə gün öncə 35 yaşlı Yeganə Osmanova Bərdə rayonunda iki az yaşlı uşağını küçədə ataraq qaçıb. Baxımsız vəziyyətdə olan uşaqlar Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda uşaqların Gəncədəki körpələr evinə yerləşdirilməsi istiqamətində sənədlər hazırlanır.

Dünən axşam saatlarında Qazax rayon sakini Yeganə Osmanova ATV televiziyasının “Bizimləsən” verilişinə çıxıb.

AzNews.az xəbər verir ki, o, canlı efirə çıxmazdan öncə özünü pis etsə də verilişin sonunda güc toplayaraq studiyaya daxil olub və başına gələnlərə aydınlıq gətirib:

“Mən uşaqlarımı saxlayan Könül adlı qadına hər gün 10 manat verirdim. Sonra şəkər xəstəsi olduğuma görə işləmədim və ona pul verə bilmədim, pul yığılıb 100 manat oldu. Arvad isə uşaqlarımın birini giröv götürdü”.

Related Articles

050-295-94-79
top