Məktəbli qızı maşınla vuran bankir oğlu sərbəst buraxıldı – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yanvarın 28-də Göyçay rayonunun mərkəzində Fərid Abdullayevin idarə etdiyi 10 MX 073 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil piyadanı vurub. 11 -ci sinif şagirdi olan qız yolu keçərkən Fərid Abdullayev işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yüksək sürətlə piyadanı vurub. Zərbədən piyadaxəsarət alıb.

AYDINLIQ.AZ xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, ağır qəzada xəsarət alan Nəzrin Həsənlinin ayağı qırılıb. Ona tibbi yardım göstərilib və hazırda evə buraxılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov Unikal.org-a açıqlamasında bildirib ki, qəzanı törədən sürücü Fərid Abdullayevin izahatı alındıqdan sonra sərbəst buraxılıb. Bərdə Rayon Polis idarəsində hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fərid Abdullayevin atası İlqar Abdullayev Göyçayda Zamin bankın filial müdiri olub. Hazırda filial bağlansa da o, valyuta dəyişmə məntəqəsi işlədir.

Related Articles

050-295-94-79
top