Ata efirdə oğullarına yalvardı amma bağışlanmadı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Space Tv də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış”da ürəkləri sızladan görüntülər yayımlanıb.

Unikal.org xəbər verir ki, ahıl yaşı kişi oğlundan onunla barışmasını istəyib: “Əziz oğlum. Mən yeməyib, səni yedizdirmişəm. Heç vaxt sizi ac və möhtac saxlamamışam. Mənim varım yoxum sizsiz. Niyə məni bu hallara salırsız. Yalvarıram. Ömrümün bu çağında balalarımı istəyirəm. Nədir günahım? Nə etmişəm ki, siz məni danışdırmırsız?”

Biraz sonra efirə qoşulan oğul atasının səsini eşidib dəstəyi yerə asdı. Bəlli olub ki, Rafiq bəy arvadından boşanıb və başqa xanımla evlənib. Atalarının bu yaşda evlənməsini qəbul etməyən övladlar Rafiq bəydən imtina ediblər..

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 15:20 də Space Tv də yayımlanır.

Related Articles

050-295-94-79
top