Beyləqanın yeni icra başçısı boya satır… – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rayon mərkəzini başdan başa al-əlvan rənglərlə boyamağa qərar verən icra başçısı bu məqsədlə rayona yaxın dostunun şirkəti vasitəsi ilə çoxlu boya gətirdib və hazırda həmin boyaları büdcə təşkilatlarına satır

Beyləqanda qəribə işlər baş verir. PİA.az-a rayondan daxil olan məlumatda bildirilir ki, Beyləqanın icra başçısı Asif Ağayev büdcə idarələrinə məcburu boya satdırır.

Qeyd edək ki. Beyləqan rayonu həmişə ölkə mətbuatının siqqət mərkəsində olur. Asif Ağayevdən əvvəl Beyləqan rayonuna rəhbərlik edən Vaqif Abdullayev də bir qayda olaraq “qəribə addımları” həmişə ölkə mətbuatının diqqətini cəlb edirdi. Gözləntilərin əksinə olaraq Asif Ağayev də sələfinin yoluyla gedib “qəribə addımlar” atmağa başlayıb.

Beyləqandan PİA.az-a daxil olan məlumatda bildirilir ki, Beyləqanın icra başçısı Asif Ağayev yaronda boya alverinə başlayıb. Belə ki, icra başçısı rayonun idarə və müəssisələrini ona yaxın olan şitrkətdən boya almağa məcbur edir və icra başçısı həmin boyalarının qutusunu 60 manatdan idarə satır . Qeyd edək ki, həmin boyalar rayonun abadlıq və quruculuq işlərində istifadə olunmalıdır.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, Beyləqan icra hakimiyyətinə gətirilən boyaları Asif Ağayevə yaxın olan bir iş adamı rayona gətirib. Beyləqandan verilən məlumata görə yaxın zamanda Azərbaycan prezidenti İlham Əlivevin Beyləqana səfəri gözlənilir. Elə bu üzdən də Asif Ağayev rayonu abadlaşdırmaqla məşğuldur. Rayon mərkəzini başdan başa al-əlvan rənglərlə boyamağa qərar verən icra başçısı bu məqsədlə rayona yaxın dostunun şirkəti vasitəsi ilə çoxlu boya gətirdib və hazırda həmin boyaları büdcə təşkilatlarına satır. Büdcə təşkilatları da həmin boyaları almalı və royonu boyamalıdırlar. 
Başqa bir mənbənin PİA.az-a verdiyi məlumata görə Asif Ağayev prezidentin səfəri öncəsi rayondakı iş adamlarından vəsait yığdırıb. Həmin vəsaitlərin hara sərf olunacağını hələki heç kim bilmir.

Bundan başqa başçı rayon daxili yolların asfaltlanması tenderini öz yaxın adamı olan 35 saylı Yol İstismar İdarəsinə verib. Məlumata görə 35 saylı Yİİ-nin müdiri Əliqulu Babaşov Asif Ağayevin biznes ortaqlarından biridir. Bu barədə ətraflı yazımızı növbəti günlərdə oxuyacaqsınız.

Bu yazıda bəhs edilən məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq…

Related Articles

050-295-94-79
top